“Nilay” yenə anasının yazdığı serialda rol alacaq

29.11.2026

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyənin məşhur “Kızılcık Şerbeti” serialında “Nilay” obrazı ilə tanınan Feyza Civelekin növbəti layihəsi məlum olub.

“Qafqazinfo” xəbər verir ki, anası, ssenarist Melis Civelekin “Kızılcık Şerbeti” serialından ayrıldığı ərəfədə özü də layihəni tərk edən aktrisa, indi yenidən anasının qələmə aldığı “Yasak Elmas” layihəsi ilə ekranlara qayıtmağa hazırlaşır.

Feyza Civelek serialda Ayça Bingölün canlandıracağı “Fatoş” obrazının böyük qızını oynayacaq. Onun canlandırdığı “Güneş” obrazı tamaşaçılara ailəsinə öz əməyi ilə dəstək olan və şən xarakteri ilə seçilən biri kimi təqdim olunacaq.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью