Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
12 yaşlı Həsənli Nilufər Elşad qızı ağır xəstəlikdən əziyyət çəkir. Ona beyin kötüyündə patoloji törəmə (xərçəng) diaqnozu qoyulub.
Redaktor.az xəbər verir ki, hazırda Nilufərin müalicəsi Türkiyənin “Acıbadem” və “Amerikan” xəstəxanalarının həkimləri tərəfindən davam etdirilir.
Lakin ailə müalicə xərclərini qarşılamaqda çətinlik çəkir. Bu səbəbdən onlar xeyirxah insanların maliyyə dəstəyinə ehtiyac duyurlar.
Ailənin müraciətində qeyd olunur ki, göstəriləcək hər bir yardım Nilufərin müalicəsinin davam etməsinə böyük kömək olacaq.
Əlaqə və dəstək üçün:
+994 55 309 05 09
5239 1517 2227 6014