Nimesil Azərbaycanda QADAĞAN EDİLƏCƏK? RƏSMİ | Icma.az
Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bəzi xarici kütləvi informasiya vasitələrinin məlumatına görə, ABŞ-də və Avropada "Nimesil" dərman vasitəsi qadağan olunub.
Səbəbini isə onunla əsaslandırırlar ki, "Nimesil"in çoxsaylı fəsadları var.
Məsələn, sözügedən ağrıkəsicinin selikli qişanı, mədənin divarlarını əritdiyi, toksiklik dərəcəsi yuxarı olduğu üçün qaraciyəri dağıtdığı, mədədə yanma hissi yaratdığı, bəzən qanaxmaya səbəb olduğu vurğulanır.
Maraqlıdır ki, Azərbaycanda bu preparat qadağan oluna bilərmi? Bu sualla Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə üz tutduq.
BAKU.WS xəbər verir ki, AEM-dən Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd olunub ki, nimesulid tərkibli dərman vasitələrinin qadağan edilməsi və ya məhdudlaşdırılması ilə bağlı qərarlar milli tənzimləmə yanaşmalarından asılıdır: "Belə ki, bir qrup ölkələrdə riskləri olan preparatların preventiv şəkildə bazardan çıxarılmasına üstünlük verilir (ABŞ, Avstraliya və sair).
Digər bir qrup ölkələrdə əgər risklər idarə edilə bilirsə, yanaşma olaraq daha çox məhdudiyyət strategiyası tətbiq olunur.
Bu qrup ölkələrə Türkiyə, Rusiya, Ukrayna, Belarus və sair aid etmək olar.
Tam oxu
Xəbəri oxu