Icma.az, Baku.ws portalına istinadən məlumat yayır. 9 aprel, 2025-ci il tarixində JW Marriott Absheronotelində baş tutan mətbuat konfransınd
Festival Azerbaijan New Skill Academy - ANSA kimi tərəfdaşlarla birlikdə təşkil olunub.
Festival Bakıda, 2–4 may 2025-ci il tarixlərində, Heydər Əliyev Fondunun vitse-prezidenti, Nine Senses Art Center-in qurucusu və Azərbaycan Yoqa Federasiyasının prezidenti Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə keçirilir.
Bu ilki festival "Ənənədən Gerçəyə" şüarı ilədevizi ilə fərqli mədəniyyətləri və praktikaları bir araya gətirir.
Festivalın baş sponsoru artıq ikinci ildir ki, AzərsunHoldinqdir.
Üç gün ərzində iştirakçıları yoqa və meditasiyatəcrübələri, şərq və slavyan təbabəti, sufi fəlsəfəsi, art-terapiya, sufi və səs performansları, konsertlər, ekstatikrəqs, neyroqrafika, qadın balans təcrübələri və digər praktik sessiyalarla tanış ola biləcəklər.
Festivalın dəvət olunmuş əsas iştirakçıları: • Perukua – Ana Torpağın səsi, müqəddəs səsləri və qadın enerjisini birləşdirən sənətçi • Lev İvanov – şəfaçı, döyüş sənətləri ustası, "Özünü tanı" metodikasının müəllifi • Gojun Xuan – ənənəvi Çin təbabətinin 7-ci nəsil nümayəndəsi, cən-cyu ustası • İqor Pankov – antropoloq, tarix elmləri namizədi, sufi irsinin tədqiqatçısı • Sudhakar Dass – Vedanta Academy Indianümayəndəsi, spiker Festivalın missiyası - İnsanın ruhani və fiziki potensialının harmonik inkişafını təşviq etmək, qədim və müasir biliklər arasında körpü yaratmaq.
Festivalın əsas məqsədi isə fərqli mədəni bilikləri yerli ənənələrlə birləşdirərək müəllimlər arasında təcrübə mübadiləsinə şərait yaratmaqdır.