Marja.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Yaponiyada oyun konsolu istehsalçısı Nintendo, 2025-ci ilin aprel–dekabr dövründə 358,8 milyard yen (2,3 milyard dollar) xalis mənfəət əldə edib.
Marja xəbər verir ki, Baş ofisi Kyotoda yerləşən istehlak elektronikası şirkəti Nintendo 2026-cı ilin aprelində başa çatacaq 2025-ci maliyyə ili üzrə yenilənmiş balans hesabatını ictimaiyyətlə paylaşıb.
Açıqlamaya görə, şirkətin xalis mənfəəti 2025-ci ilin aprel–dekabr dövründə əvvəlki maliyyə ilinin eyni dövrü ilə müqayisədə 51,3 faiz artaraq 358,8 milyard yenə (2,3 milyard dollar) çatıb. Doqquz aylıq dövrdə şirkətin ümumi satış gəlirlərinin 1,91 trilyon yenə (12,2 milyard dollar) yüksəlməsi diqqət çəkib.
Balans hesabatındakı gəlir artımında ötən il bazara çıxarılan “Switch 2” oyun konsoluna qlobal səviyyədə güclü tələbin təsirli olduğu bildirilib.
Açıqlamada “şirkətin ən populyar konsolu” kimi xarakterizə olunan cihazın sözügedən dövrdə dünya üzrə 17,37 milyon ədəd satıldığı qeyd olunub.
“Mario Kart World” kimi Switch 2 konsolu istifadəçiləri üçün hazırlanan oyun proqramlarının satış sayı isə doqquz aylıq müddətdə 37,9 milyonu ötüb.