Medicina saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya Elmlər Akademiyasının akademiki və Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin elmi direktoru Aleksandr Ginzburq Nipah virusunun əsas təhlükəsini açıqlayıb.
Medicina.az xəbər verir ki, onun sözlərinə görə, bu virus ən təhlükəli yoluxucu agentlərdən biridir. Onun müalicəsi yoxdur, ona görə də sağalma insanın immunitetindən asılıdır.
Xəstənin immun sistemi zəifdirsə, Nipah virusuna yoluxma sepsis, pnevmoniya və meningit kimi ağırlaşmalara səbəb ola, həqiqətən də ölümcül ola bilər.
Artıq xəbər verdiyimiz kimi, Hindistanda Nipah virusunun yayılması baş verib. Yerli medianın məlumatına görə, təxminən 1000 nəfər ev karantininə alınıb.
Yoluxmuş xəstələr xəstəxanalarda müalicə olunur və bir nəfər ölüb.
Aygün Musayeva