Nişan sağa məcbur edir, bu sürücülər isə sola dönüb təhlükə yaradırlar VİDEO

15.10.2025

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakıda yol nişanının tələbini pozan sürücülər kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Mikayıl Useynov küçəsində (Bakı İdman Sarayının qarşısında) qeydə alınıb. Belə ki, sentyabrın 8-də qeydə alınan videoda 99-TG-281 qeydiyyat nişanlı "VAZ" markalı avtomobilin sürücüsü, sentyabrın 10-da qeydə alınan videoda isə 90-GU-516 qeydiyyat nişanlı "KIA" markalı avtomobilin sürücüsü "Dəniz Mall"dan çıxan zaman yol nişanının tələbini pozublar. Sözügedən kəsişmədə hərəkətin sağa məcburiliyini bildirən nişanın olmasına baxmayaraq, onlar sola dönərək görüntünü qeydə alan avtomobilə təhlükə yaradıblar.

Fərid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью