Nişana baxmayan xanım sürücü əks yola girib maşınların üzərinə sürdü VİDEO

21.07.2025

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Bakıda yol hərəkəti qaydasını pozan xanım sürücü təhlükəli anlar yaşadıb. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 21-də, paytaxtın Xətai rayonu, Xudu Məmmədov və Rahib Məmmədov küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, 10-NY-147 qeydiyyat nişanlı "Volkswagen" markalı avtomobilin sürücüsü yolayrıcında sağa məcburi hərəkət istiqaməti nişanına əhəmiyyət verməyərək düzünə gedib. Bu zaman qarşıdan gələn avtomobillərin yoluna çıxaraq onlara təhlükə yaradıb. Görüntünü qeydə alan sürücü bildirir ki, səs və işıq siqnalı ilə xəbərdarlıq edərək həmin sürücünü geri qaytarıb.

Fərid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью