Nişanlı cütlük ağır yol qəzasına DÜŞDÜ Biri öldü, digəri xəsarət aldı FOTO

13.01.2025

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Türkiyənin Bursa şəhərində nişanlı cütlük ağır yol qəzasına düşüb.

Avtosfer.az xəbər verir ki, hadisə İznik rayonunda baş verib.

Belə ki, Məhmət Ərən Sönməzin idarə etdiyi 16-H-1520 qeydiyyat nömrə nişanlı minik avtomobili idarəetmədən çıxaraq kivi bağçasına girib.

Aşaraq tərs çevrilən avtomobildə olan sürücü ilə nişanlısı Busə Y. (20) nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıblar.  

Ətrafdakı insanların çağırışı ilə hadisə yerinə polis, təcili tibbi yardım və xilasetmə qruplarının əməkdaşları gəlib.

Yaralılar ambulanslarla yaxınlıqdakı xəstəxanaya çatdırılıblar.

Vəziyyəti ağır olan Məhmət Ərən Sönməz xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Namiq Musayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью