“Nissan” 9 min iş yerini ixtisar edəcək

07.11.2024

Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Yaponiyanın “Nissan” avtomobil korporasiyası 2024-cü maliyyə ilinin birinci yarısında (2024-cü ilin aprelindən sentyabr ayına qədər) xalis mənfəətin 93,5% azalması fonunda dünya üzrə 9 min iş yerini ixtisar edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə hesabat şirkətin mətbuat konfransında təqdim olunub.
Hesabatdakı məlumatlardan göründüyü kimi, istehsalın ən azı 20% azalması gözlənilir.
Hesabat dövründə xalis mənfəət 19,2 milyard yen (təxminən 124,6 milyon dollar) təşkil edib ki, bu da ötən dövrlə müqayisədə 93,5% az olub.
Zəif göstəricinin əsas səbəblərindən biri Çində satışların 14,3% azalması olub ki, bu da Çin istehsalçılarının rəqabəti fonunda qlobal satışların 3,8% azalması ilə nəticələnib.
ABŞ-də də satışlar hibrid avtomobillərə artan tələbat səbəbindən istənilən nəticəni verməyib. Belə ki, “Nissan” tələbata uyğun müvafiq avtomobil seriyasını təqdim edə bilməyib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью