“Nissan” baş ofisini 700 milyon dollara satır

24.05.2025

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Cakarta, 24 may, AZƏRTAC

Yaponiyanın qabaqcıl avtomobil istehsalçısı “Nissan Motor” qlobal əməliyyatlarını maliyyələşdirmək üçün baş ofisini satmağı düşünür.

AZƏRTAC xəbər verir ki, bu barədə NHK kanalı şirkətdəki mənbələrə istinadla xəbər yayıb.

“Nissan Motor”un rəhbərliyi binanı satandan sonra lizinq əsasında ondan istifadəni davam etdirməyi planlaşdırır. Paytaxt Tokionun cənubundakı Yokohama şəhərində yerləşən binanın bazar dəyəri 100 milyard yen (təxminən 700 milyon dollar) səviyyəsində qiymətləndirilir. “Nissan Motor” baş ofisini 2009-cu ildə Tokiodan şirkətin yarandığı Yokohamaya köçüb.

Qeyd edək ki, “Nissan Motor” ötən maliyyə ilində 670 milyard yen (4,7 milyard dollar) ziyan edib. Şirkət maliyyə xərclərinə qənaət etmək üçün 2027-ci ilədək dünya üzrə 20 min iş yerini ixtisar etməyi və 7 zavodunu bağlamağı planlaşdırıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Cakarta

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью