Nissan şirkəti minlərlə işçisini ixtisar edir SƏBƏB

31.01.2025

Icma.az, Manset portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yaponiyanın avtomobil istehsalçısı Nissan Motor ABŞ-dakı zavodlarında istehsalı və işçilərinin sayını azaldır.

Manset.az xarici mediaya istinadən xəbər verir ki, dünyada satışların azalması səbəbindən 9 min insan işdən çıxarılacaq.

Şirkətdə 133 mindən çox işçi çalışır və gözlənilən ixtisarlar işçilərin təxminən 6%-nə təsir edəcək.

Avtomobil istehsalçısı həmçinin qlobal istehsal gücünü 20% azaltmağı planlaşdırır. Eyni zamanda, avtomobil nəhənginin anbarlarında tələb olunmamış məhsulların ehtiyatı artır. Nissan-ın səhmləri son bir ildə 28% ucuzlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью