Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 19 may, AZƏRTAC “Nissan” şirkəti ölkə daxilində və xaricdəki bəzi zavodlarını bağlamaq qərarına gəlib.
AZƏRTAC xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, “Nissan” Yaponiyadakı iki müəssisədə istehsalı dayandırmağı planlaşdırır.
Bağlanacaq müəssisələrdən biri 1961-ci ildən fəaliyyət göstərən və ildə təxminən 240 min avtomobil istehsal etmək gücündə olan “Oppama” zavodudur.
2024-cü ilin sonunda bu müəssisədə təxminən 3900 nəfər işləyirdi. İkinci namizəd isə “Senan” zavodudur.
İldə 150 min kommersiya avtomobili istehsal edən müəssisənin işçilərinin sayı təxminən 1200 nəfərdir.
Hər iki zavodun bağlanacağı təqdirdə “Nissan”ın Yaponiyada cəmi üç montaj zavodu qalacaq.
Avtomobil istehsalçısının optimallaşdırma siyasəti bir sıra xarici müəssisələrə də təsir edəcək.