Nistelroy Lesterdə İdman və Biz

29.11.2024

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İngiltərə Premyer Liqası təmsilçisi "Lester" yeni baş məşqçisinin adını açıqlayıb.

İdman.biz xəbər verir ki, komandaya Ruud van Nistelroy rəhbərlik edəcək.

Niderlandlı mütəxəssislə 2027-ci il iyunun sonuna kimi müqavilə imzalanıb. O, bu vəzifədə az əvvəl istefaya göndərilmiş Stiven Kuper əvəzləyib. Nistelroy klubun rəsmi saytına verdiyi açıqlamada komanda ilə əmədaşlıqdan fəxr hissi keçirdiyini deyib.

Qeyd edək ki, 48 yaşlı mütəxəssis mövsümə "Mançester Yunayted"də köməkçi-məşqçi vəzifəsində start verib. Erik ten Haaqı Mançester klubundan qovulduqdan sonra Nistelroy baş məşqçi vəzifəsini icra edib.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью