Nistelroy yenidən İngiltərədə? İdman və Biz

28.11.2024

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ruud van Nistelroy "Lester"in baş məşqçisi təyin olunmağa çox yaxındır.

İdman.biz xəbər verir ki, tərəflər arasında danışıqlar yekunlaşmaq üzrədir.

İngiltərə mətbuatının yaydığı informasiyaya görə, komanda bu gün niderlandlı mütəxəssisin təyinatını açıqlaya bilər. Nistelroy mövsümə "Mançester Yunayted"də baş məşqçi Erik ten Haaqın köməkçisi kimi başlayıb. Həmyerlisinin istefaya göndərilməsindən sonra o bir neçə oyunda "qırmızı şeytanlar"a başçılıq edib. Ruud yeni baş məşqçi Ruben Amorimə lazım olmayıb.

Qeyd edək ki, "Lester" bir neçə gün əvvəl Stiv Kuperlə yollarını ayırıb. "Tülkülər" 12 turdan sonra 10 xalla 16-cı pillədə qərarlaşıblar.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью