Nistelroyun bacardığını Haaland təkrarladı

27.02.2025

Icma.az, sport24.az portalına istinadən məlumat yayır.

"Mançester Siti"nin hücumçusu Erlinq Haaland "Mançester Yunayted"in sabiq üzvü Rud van Nistelroyun göstəricisini təkrarlayıb. Sport24.az xəbər verir ki, norveçli forvard ilk 3 mövsümündə 20 qol vurmaqla bunu reallaşdırıb.

Haaland son olaraq İngiltərə Premyer Liqasının 27-ci turunda "Tottenhem"ə qarşı oyunda fərqlənib və bu mövsümdə vurduğu qolların sayını 20-yə çatdırıb. Haland əvvəlki iki mövsümdə Premyer Liqada müvafiq olaraq 36 və 27 qol vurub.

Qeyd edək ki, Rud van Nistelroy 2001-2004-cü illərdə ardıcıl 3 mövsüm ərzində 20-dən çox qol vurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью