futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Mançester Yunayted”in sabiq məşqçisi Rud van Nistelyorun yeni ünvanı məlum olub.
Futbolpress.az xəbər verir ki, mütəxəssis “Lester”ə baş məşqçi təyin ediləcək. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Tərəflər arasında danışıqlar yekunlaşıb və iş rəsmi açıqlamaya qalıb.
“Lester” noyabrın 24-də baş məşqçisi Stiv Kuperi istefaya göndərib.
Nistelroy Erik ten Haqın istefaya göndərilməsindən sonra müvəqqəti “qırmızı şeytanlar”a rəhbərlik edib. Komanda onun başçılığı altında 4 oyunda 3 qələbə qazanıb, 1 heç-heçə edib.
Böyük beşlik, Əsas xəbərlər
Van Nistelroy: “Tək mən yox, bütün komanda məyusdur”
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. 4 Noyabr 2024, 11:34