Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Müasir dövrdə ən çox rast gəlinən problemlərdən biri uşaqlarda nitqin vaxtında inkişaf etməməsidir.
Valideynlər övladlarının danışmamasından, yaxud danışarkən nitqin qüsurları olmasından şikayət edirlər.
Ötən əsrin 70-ci illərində həmin problem yalnız dörd faiz uşaqda müşahidə edilirdisə, hazırda bu rəqəm altı dəfə artıb.
“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin uşaq psixoloqu Kamal Camalov AZƏRTAC-a verdiyi müsahibədə deyib: “Nitq qüsurlarının səbəbləri arasında süjetsiz cizgi filmlərində olan işıq effektləri və hərəkət dinamikası ön sırada dayanır.
Başqa səbəblərə doğuş travmaları, ata-ana arasında olan qan qohumluğu, sosial fon, evdə valideynlərin müxtəlif dildə danışmasını aid etmək olar.
Nitq qüsurlu insanların əksəriyyətində özünəinam hissi zəif olur. Adətən bu problemə uşaq yaşlarında daha çox təsadüf edilir.
Uşaqlarda onun bir neçə formasına rast gəlmək mümkündür”. Nitq qüsurunun formalarını sadalayaraq psixoloq deyib: “Bu problem bir neçə hissəy