Niva bahalaşdı

04.02.2026

Icma.az bildirir, Avtosfer portalına istinadən.

“Avtovaz” şirkəti “Niva Legend” (klassik Niva) modelinin qiymətini artırıb. 

Avtosfer.az xəbər verir ki, artım Rusiyada satılan 2026-cı il istehsalı avtomobillərə şamil edilir. Bu maşınların əvvəlkindən fərqi QLONASS avtomatik qəza xəbərdarlıq sisteminin və yan təhlükəsizlik yastıqlarının quraşdırılmasıdır.

Avtomobil 18 min rubl bahalaşıb və 1 100 000 rubla (24500 manat) təklif edilir.

Bahalaşmanın ixrac qiymətlərinə təsiri barədə məlumat verilmir. Prinsip etibarı ilə QLONASS yalnılz Rusiyada satılan maşınlarda quraşdırılır.

Federasiyadan kənarda buna ümumiyyətlə ehtiyac yoxdur.

Vüqar

Oxunub 34

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью