“Niva” belə aşdı FOTO

20.07.2025

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Goranboyda yol nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın xəbərinə görə, hadisə Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun Goranboy rayonunun Səfikürd  kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Niva” markalı minik maşını idarəetmədən çıxaraq yolunun kənarına aşıb. Qəza  zamanı sürücü 1995-cü il təvəllüdlü S.Verdiyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью