Niva yeni mühərriklə təchiz olunacaq

01.11.2025

Icma.az bildirir, Avtosfer portalına istinadən.

"Təxminən gələn ilin ortasında "Lada Niva Legend"ə 1.8 litrlik, 90 at gücündə və 8 klapanlı mühərrik əlavə olunacaq. İndiki 1.7 litrlik mühərrik isə keçmişdə qalacaq".

Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "İzvestiya" qəzetinə "AvtoVAZ"ın məhsul marketinqi şöbəsinin rəhbəri Sergey Korniyenko məlumat verib.

Onun sözlərinə görə, "Niva" həvəskarlarını yeni sürprizlər gözləyir. Şirkət rəsmisi digər əhəmiyyətli dəyişikliklər barədə açıqlama verməyib.

Yada salaq ki, bu ilin əvvəlində "AvtoVAZ" üçqapılı "Niva Sport"un satışına başlayıb. "Niva Legend"lə müqayisədə "Sport" versiyası təxminən 140 dizayn dəyişikliyi ilə istehsal olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью