“Niva”nın istehsalı dayandırıldı

14.05.2025

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avtovaz şirkəti “Niva Legend” modelinin (klassik Niva) istehsalının müvəqqəti dayandırılmasına aydınlıq gətirib. 

Avtosfer.az xəbər verir ki, bu model həftə ərzində istehsal edilməyəcək. Buna səbəb kuzov detallrını təchiz edən şirkətin yeni standartlara keçməsidir.

Təchizatçı yeni sistemə keçdiyi üçün detalların keyfiyyəti və digər parametrlər yoxlanılır. Növbəti iş həftəsində model konveyerə qaytarılacaq. 

“Avtovaz” bildirir ki, istehsalın dayanması dilerlərdə avtomobil qıtlığına səbəb olmayacaq.

Vüqar Yaşaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью