“Niva”nın nömrəsini gizlədib “Ağsaggal” yazısıyla Bakı küçələrində “hoqqa” verdi VİDEO

19.05.2025

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Paytaxt ərazisində yol-hərəkəti qaydalarını kobud şəkildə pozan sürücünün görüntüsü “TikTok” sosial şəbəkəsində paylaşılıb.

Avtosfer.az-ın məlumatına görə, 77-CT-568 dövlət nömrə nişanlı “VAZ-2121” (Niva) markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsinin konstruksiyasına dəyişiklik edib. Kadrdan da göründüyü kimi, o, nəqliyyat vasitəsinin arxa yaylarını kəsərək ön hissəsini qaldırıb. Eyni zamanda sürücü ön dövlət nişanının üzərini “Ağsaggal” yazılı örtüklə bağlayıb.  

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью