Niyam Salami: “Qurban kəsmirəm”

07.11.2025

Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.

Niyam Salami alıq gəlir üçün işlədiyi zamanlardan danışıb.

Adalet.az bildirir ki, müğənni həmin dönəmlərdə yaşadığı acı xatirələrini izləyiciləri ilə bölüşüb:

“Həmişə deyirəm ki, ömür qısadır. İşdə bir- birinizə “ay can” deyin. Mən işdə çox çətin xasiyyətli müdirlər görmüşəm. Gördüyüm pis insanlara nifrət etmişəm ki, bu qədər imkanın olsun, bu qədər pul qazanasan, amma bölüşməyi bacarmayasan.
Mən bir müdir kimi şəxsi otağımda əyləşmirəm. Gəlib zalda kollektivlə nahar edirəm. Dünya ölüm- itim dünyasıdır. Bölüşməyi bacarın. Qurban kəsmirəm. Qurbanın pulunu ehtyaclı insanlara verirəm ki,  vacib olan maddi ehtiyacların qarşılasınlar”.

Əntiqə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью