Niyaməddin Musayev bu yolla formada qalır

20.09.2026

Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xalq artisti Niyaməddin Musayev gündəlik qidalanma rejimindən danışıb.

Axşam.az xəbər verir ki, müğənni bu barədə “Xəzər axşamı” proqramında qonaq olarkən söz açıb. O, səhərlər yemək yemədən əvvəl uzun müddət gəzdiyini və daha sonra idman etdiyini bildirib:

“Duran kimi su içirəm, amma yemək yemirəm. 45 dəqiqə ayaqla gəzirəm. Sonra 1 saat yarım idman edirəm və daha sonra yemək yeyirəm. Südlü sıyıq yeyirəm. Sonra saat 5-6-da şam yeməyini yeyirəm. Gündə iki dəfə qidalanıram, başqa heç nə yemirəm.

Şam yeməyində südlə bişən qarabaşaq yeyirəm”.

View this post on Instagram

A post shared by Axşam.az (@axsamaz)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью