Niyaməddin Musayev özü gəlir, sən 10 mühafizəçi gətirirsən

28.11.2025

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Mətanət Əliverdiyeva aparıcısı olduğu verilişdə gənc ifaçılara üzünü tutub. 

Axşam.az xəbər verir ki, o, proqramına mühafizəçilərlə gələn müğənniləri təndiq edib:

"Əziz gənc ifaçılarımız, sizi çox sevirik, amma qollarınız "qarpızlanmasın". Verilişimə qonaq gələndə özünüzlə 10 mühafizəçi gətirirsiniz. Xalq artisti Niyaməddin Musayev isə özü gedib-gəlir. Allah onu mühafizə edir. İnsanlar onu bur cür sevir. Sizin belə gedib-gəlməyinizlə nə olur ki? Verilişlərə, konsertlərə elə gedirlər. Niyaməddin müəllim konsert verib, amma bir təhlükəsizlik əməkdaşı görmədim ki, kimisə itələsin. Hamımız iç-içəyik, insanıq".

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью