Niyaməddin Musayevi hədələdi Video

26.01.2026

Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.

Müğənni Musa Musayev əmisi, Xalq artisti Niyaməddin Musayev və qızı Röyanı hədələyib.

Axşam.az xəbər verir ki, "Tarixin bir günü" verilişinə qatılan Musa xanımı Təranə Qumralın qızı Qumralın mahnısının yutubdan sildirilməsinə əsəbiləşib.

O, əmisi və onun qızını hədələyərək, onları bıabır edəcəyini deyib:

"Elə bir şey deyərəm ki, Azərbaycandan qaçarsınız. Azərbaycanlı görəndə gizlənərsiniz. Bəsdirin, oturun yerinizdə. Mənim üçün də ayıbdır bu sözü deyim. Amma bıçaq sümüyə dirənib. Özümünküləri deyirəm... Gedib haralarda yaşayarsınız ki, sizləri tanıyan olmasın. Bilmirsiniz nələr var bunun altında. Nə qədər bizimlə dirəşirsiz, mən də sözümü deyirəm. Elə deyərəm ki, yeddi qatınızdan keçər.

Dəli adamam, deyərəm və sizi rədd edərəm".

Qeyd edək ki, Musa və qohumları küsülüdür. Buna səbəb isə müğənninin Təranə Qumralla ailəli olmasıdır. Onlar arasında növbəti qalmaqala səbəb Qumralın N.Musayevin mahnısını oxuması olub. Müğənninin qızı Röya mahnını yutubdan sildirib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью