Niyaməddin Musayevlə Cəmilə arasında “gecə klubu” QALMAQALI KONKRET

22.01.2026

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Elə yerlərdə oxumaq mənə ayıb olar”.

KONKRET.az yenicag-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Niyaməddin Musayev “Öz aramızda” verilişində qonaq olarkən deyib.

Təcrübəli sənətçi həmkarı, “Elit star” ləqəbi ilə tanınan Cəmilənin onun barəsində səsləndirdiyi “Niyaməddin Musayev də gecə klublarında oxuyur” fikrinə kəskin cavab verib:

“Mən 200, 300, 400 nəfərlik auditoriyası olan böyük, ailəvi məkanlarda çıxış etmişəm. Bu şoudur gündüz saat 12-də də başlaya bilər, gecə saat 12-də də… Amma o “gece klubu” nə deməkdir, heç mən bilmirəm.

Mənim Cəmiləyə və sənətinə hörmətim var, lakin onun dediyi elə yerlərdə heç vaxt olmamışam. Mən indiyə qədər nüfuzumu qoruyub saxlamışam. Əlbəttə, insanları təbəqələrə bölmək olmaz, hər kəs məni görmək istəyə, sevə bilər. Amma Cəmilənin iddia etdiyi məkanlarda oxumaq mənə ayıb olar. Həmin verilişə baxmamışam, amma mənə çatdırıblar ki, Cəmilə barəmdə belə sözlər deyib”./ yenicag

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью