Niyazi Bayramov sakinlərin müraciətlərini DİNLƏDİ FOTOLAR | Icma.az
Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşüb.
İcra Hakimiyyətindən "Unikal"a verilən xəbərə görə, Gəncə şəhər 41 nömrəli tam orta məktəbdə baş tutan görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Əvvəlcə məktəbin şəhid məzunlarının xatirəsinə həsr olunmuş lövhə ziyarət olunub, önünə tər çiçəklər düzülüb.
Qəbulda vətəndaşların müraciətləri tək-tək dinlənilib. Müraciətlər arasında işlə təminat, maddi yardım, fərdi yaşayış evinin təmirinə köməkl
Şəhər rəhbəri sakinlərin səsləndirdikləri məsələlərin qısa zamanda qanunamüvafiq formada həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar veri
Bir sıra məsələlər isə araşdırılaraq, həll edilməsi üçün qeydiyyata alınıb.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Tam oxu
Xəbəri oxu