Niyazi Mehdi vəfat etdi

28.02.2025

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


Fəlsəfə elmləri doktoru Niyazi Mehdi bu gecə vəfat edib.

Bakupost.az xəbər verir ki, o, Mərkəzi Gömrük Xəstəxanasında ürək əməliyyatı keçirib. Əməliyyatdan çıxsa da, az sonra dünyasını dəyişib.

Qeyd edək ki, yanvarın 30-u Niyazi Mehdinin vəziyyətinin pisləşməsi ilə əlaqədar ilkin məlumat yayıldı. Ailə üzvləri bildirdi ki, onun ayağında qanqrena başlayıb. Həkimlərin məsləhətləşmələrindən sonra barmağının amputasiya edilməsi qərarı verilib.

Əməliyyatdan sonra isə Niyazi Mehdinin vəziyyəti nisbətən stabilləşdi. Əməliyyatdan sonra palataya köçürülən alim fevralın 6-ı evə buraxılmışdı.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью