Niyazi Mehdinin ayağı amputasiya ediləcək

25.02.2025

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Atamın səhhəti ağırdır. Hazırda evdədir. İki gündən sonra yenidən Mərkəzi Gömrük Hospitalına yerləşdiriləcək və sol ayağı amputasiya ediləcək".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Teleqraf-a tanınmış filosof-kulturoloq Niyazi Mehdinin oğlu Toğrul Mehdi atasının səhhətindəki son durum haqqında danışarkən deyib.

Qeyd edək ki, N.Mehdi ayağında baş barmağı amputasiya edilib. Onun 73 yaşı var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью