Niyazinin mənzilmuzeyində musiqili görüşlərə başlanılıb AZƏRTAC

06.01.2025

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 6 yanvar, AZƏRTAC

Niyazinin mənzil-muzeyi “Yeni ildə yeni arzularla” adlı konsertlə Klassik musiqi həvəskarları klubunda musiqili görüşlərə başlayıb.

Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən mənzil-muzeyin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov konsert haqqında məlumat verib.

Musiqişünas, vokalçı Sevinc İbrahimovanın, respublika və beynəlxalq müsabiqələr laureatı, hazırda təhsilini Estoniyada davam etdirən gənc pianoçu Şirin Əmiraslanovanın ifalarında Azərbaycan və dünya klassiklərinin əsərlərindən ibarət rəngarəng konsert proqramı təqdim olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью