Icma.az, Demokrat.az portalına istinadən məlumat verir. Bakının bir hissəsi ağ örpəyə bürünüb, digər tərəfi isə yox.
Bakının müxtəlif nöqtələrində eyni saatlarda kəskin fərqlənən hava şəraiti müşahidə edilib və bəzi yüksəkliklərdə nəqliyyatın hərəkəti tamamilə dayanıb.Demokrat.az saytı xəbər verir ki, Yeni Günəşli kimi hündür ərazilərdə güclü qar yağaraq yerdə qaldığı halda, Xırdalan və Binəqədi istiqamətində yalnız sulu qar və kəskin soyuq qeydə alınıb.
Şəhərin bir hissəsində yolların buz bağlaması və qarın yaratdığı tıxaclar sürücülər üçün ciddi çətinliklər yaratsa da, mərkəzə yaxın və nisbətən alçaq ərazilərdə cəmi bir neçə kilometr məsafədə tam fərqli mənzərə hökm sürüb.Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov deyib ki, Bakıda qarın şəhərin bir hissəsinə yağıb, digər hissəsinə isə yağmaması tamamilə təbii hadisədir:“Bakı çox mürəkkəb mikroiqlim zonalarına malik şəhərdir və qısa məsafələrdə belə hava şəraiti kəskin fərqlənə bilər.
Əvvəla, əsas amil temperatur fərqidir. Yeni Günəşli, Xətai və Suraxanı istiqamətində yer səthinin temperaturu qısa müddətdə 0°C-dən aşağı dü
Bu səbəbdən yağıntı qar şəklində yerə enib və örtük formalaşdırıb.
Xırdalan və Abşeron yarımadasının bəzi şimal-qərb hissələrində isə temperatur 0°C-dən bir qədər yuxarı qalıb, yağıntı ya yağış, ya da sulu qar formasında düşüb və yerə düşən kimi əriyib”.O əlavə edib ki, digər mühüm səbəb küləyin istiqaməti və sürətidir:“Qar gətirən hava kütlələri bu dəfə əsasən Xəzər dənizi üzərindən, cənub-şərq və şərq istiqamətindən daxil olub.
Bu axın ilk olaraq Bakı şəhərinin şərq və cənub-şərq ərazilərinə o cümlədən Yeni Günəşliyə təsir göstərib.
Qar yağmayan yerlər isə isə küləyin kölgəsində qaldığı üçün yağıntının intensivliyi zəif olub. Burada əsas amil relyef və şəhər sıxlığıdır.