Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Müasir dünyada demək olar ki, hamı bank kartlarından istifadə edir.
Hətta indi nəğdsız ödənişlər daha çox dəbdədir desək, yəqin ki, yanılmarıq.
Burada diqqətçəkən məqamlardan biri də bankomatdan pul çıxararkən birinci bizə lazım olan məbləğin yox. bank kartının verilməsidir.
Bəs görəsən, bankomatlar niyə birinci pulu yox, bank kartlarını verir?
Mövzunu KONKRET.az-a şərh edən bank məsələləri üzrə mütəxəssis Əkrəm Həsənov maraqlı məqama toxunub: “Əvvəla bütün banklarda belə deyil.
Bankomatlar fəaliyyət üsulunu özləri seçir. Yəni əvvəl pulun, sonra isə kartın verilməsi də mümkündür.
Ancaq həm dünyada, həm də Azərbaycanda əksər banklar öncə kartı, sonra isə pulu müştəriyə təqdim edir.