Niyə bütün blogerlər evlərini yeniləyir?

26.01.2026

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Bir çoxumuz fərqli mövzular üzrə kontent yaradan blogerləri izləyirik. Lakin diqqət çəkən məqamlardan biri odur ki, bu blogerlərin əksəriyyəti müəyyən mərhələdə eyni tipli kontentə – ev yeniləmə prosesinə müraciət edir. Maraqlıdır, niyə məhz ev yeniləmək blogerlər üçün bu qədər cəlbedici kontent formatına çevrilib?
Demokrat.az xəbər verir ki, bu mövzu ilə bağlı marketinq və kontent strategiyası üzrə fikirlərini bölüşən Fidan Lazımova bildirir ki, ev yeniləmə paylaşımlarının əsas məqsədi təkcə interyer dəyişikliyi deyil, izləyicini uzunmüddətli prosesə emosional şəkildə bağlamaqdır.
Onun sözlərinə görə, ev yeniləmə prosesi təbii olaraq mərhələlidir: "Bu proses ardıcıl mərhələlərdən ibarət olduğuna görə gündəlik paylaşımlar, xırda detallar və yarımçıq kadrlar vasitəsilə izləyicini sonda ortaya çıxacaq nəticəyə yönəldir, izləyicinin marağını daim canlı saxlayır. Çünki insan psixologiyası yarımçıq hekayələri sevmir və beynimiz avtomatik olaraq “davamı nə olacaq?” sualına cavab axtarır. İzləyici növbəti mərhələdə rəng seçimi, istifadə olunacaq mebel və markası, məkanın son halının necə olacağını maraqla gözləyir. Beləliklə, bloger hazır və real auditoriya ilə təkcə vizual deyil, emosional bağ da qurmuş olur".
"Bu modelin başqa bir üstünlüyü isə reklam və sponsorluq məzmununun daha təbii şəkildə təqdim edilməsidir. Çünki artıq izləyici prosesi izlədiyi üçün sponsorlu məhsul və ya xidmət kənardan zorla yerləşdirilmiş reklam kimi yox, məntiqi davam kimi qəbul olunur", - deyə  o qeyd edib.  (Valyuta.az)
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью