Sonxeber.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Niyə dəsmal ayrılıq rəmzi sayılır?- Belə yaranıb "Dəsmal ayrılıqdır, heç kimə dəsmal hədiyyə etmək olmaz" ifadəsini yəqin ki eşitmisiniz.
Dəsmal bağışlamaq yaxşı əlamət hesab olunmur. Həm də təkcə bizdə yox, bütün dünya xalqlarının mədəniyyətində. Görəsən, niyə?
Lent.az "Belə yaranıb" rubrikasında bu barədə məlumat verir. Qədim dövrlərdən bəri dəsmal bir çox mərasimlərdə istifadə olunurdu.
Bu mərasimlərdən ən önəmlisi dəfn prosesi idi, hətta xüsusi dəfn dəsmalları var idi.
Dəsmal bir növ yasla assosiasiya olunduğuna görə onu hədiyyə vermək xoş qarşılanmırdı.
Əvvəllər kəndlərdə kimsə öləndə, yas düşən evdə qapı bağlanmır, üstünə dəsmal asılaraq matəmi bəyan edirdilər.
Qədim slavyanlar, Avropa xalqları evdə yas düşəndə dəsmalı qapı ilə yanaşı, həm də pəncərədən asırdılar, çünki inanca görə, mərhumun ruhu 40 gün axirətə getməyib ətrafda dolaşırdı.