Niyə əllərimizi cibimizdə saxlayırıq? Səbəb bu imiş

18.02.2025

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

“Əlləri cibdə saxlamaq vərdişi yalnız insanın özünə inamsızlığının göstəricisi deyil”

News24.az xəbər verir ki, bunu psixoloq Aleksandr Kononov deyib.

O, üstünlüyünü göstərmək üçün əllərini cibinə qoyan, başını dik tutan, üzünü qaldıran balaca uşaqları xatırlamağı tövsiyə edib. Kononov deyir ki, baş barmaqlar cibin üstündə qaldıqda, bu jest üstün görünmək və başqalarına, həmsöhbətə hakim olmaq istəyinin göstəricisidir.

Bundan əlavə, bu jest, xüsusən ciblərdə insanın başını qata biləcək açarlar, brelok, alışqan və ya digər əşyalar varsa, cansıxıcılığı göstərə bilər,

Konnov əlavə edib ki, açıq ovuclar ənənəvi olaraq etibarla əlaqələndirilir, gizli əllər isə daxili gərginliyi və emosiyaları idarə etmək istəyini göstərə bilər. /medianews.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью