Niyə göz yaşları müxtəlif kimyəvi tərkibə malikdir...

16.10.2026

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kimyəvi tərkibi ilə fərqlənən 3 növ göz yaşı var.

Bunlar: əsas, reflektor və emisioonal göz yaşlarıdır. Əsas göz yaşı daim az miqdarda ifraz olunaraq, buynuz təbəqəni isladır və gözü toz və bakteriyalardan qoruyur. İkinci növə aid edilən reflektor göz yaşı, orqanizmin yad cism, soğandan buxarlanma və gözyaşardıcı qaz kimi prosesslərə reaksiyası zamanı ifraz olunur.

Üçüncü isə emosional göz yaşı olub, insanın müsbət və ya mənfi  emosiyalar keçirtdikdə ifraz olunan yaşlardır. Məhz bu növün tərkibində spesifik prolaktin və AKTK hormonu digərləri ilə müqayisədə daha çoxdur. Bunu  hətta qoxusundan da hiss etmək mümkündür.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью