Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.
Müğənni Günel Zeynalova Parisdə podiuma çıxması ilə gündəmə gələn aktrisa Serenay Sarıkaya ilə bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, Günel Serenayın bu uğurundan heç kimin danışmamasından gileylənib. O, aktrisanı tərifləyərək bu uğurun alqışlanmalı olduğunu vurğulayıb:
“Serenayı bəyənirəm, çox da sevirəm. Ən çox işıq saçan, parıldayan, enerjisi ilə heyran qoyandır. Uğurları bizim də uğurumuzdur. Bunlar alqışlanmalıdır. Uğurlar, gözəl qadın! Niyə heç kim onun haqqında danışmır?”