“Niyə həmişə mən?” Arda Gülerdən etiraz, Nihat Kahvecidən sərt sözlər VİDEO

29.01.2026

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Real Madrid”in yarımmüdafiəçisi Arda Gülerin dünən “Benfika” ilə oyunda əvəzlənərkən verdiyi reaksiya müzakirə yaradıb, futbol şərhçisi Nihat Kahveci isə bunu sərt şəkildə şərh edib.

İdman.Biz xəbər verir ki, meydanı tərk edən zaman narazılığını gizlətməyən Arda Güler, “niyə həmişə mən?” ifadəsini işlədib.

Bu epizod sosial şəbəkələrdə geniş müzakirə olunub və futbolçunun komanda daxilindəki rolu ilə bağlı suallar doğurub.

Mövzu ilə bağlı Türkiyənin tanınmış futbol eksperti Nihat Kahveci kəskin fikirlər səsləndirib:

“Arbeloanı ona görə qoydular ora. Bellinqem oynasın, Vinisius kef eləsin, Mbappe istədiyi kimi hərəkət etsin. Başa düşdün? Xabini də elə buna görə göndərdilər”.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью