Niyə hər kəsin bir neçə bank kartı var? AÇIQLAMA

27.08.2026

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda bank kartları istifadəçilərinin sayı artmaqda davam edir. Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, iyul ayının sonuna olan vəziyyətə bank sistemi və “Azərpoçt” MMC vasitəsilə dövriyyədə olan ödəniş kartlarının sayı 22,785 milyon ədədə çatıb. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 8,9% artıb.
Məlumata görə, ödəniş kartları arasında əsas artım debet kartlarında qeydə alınıb. Belə ki, debet kartlarının sayı illik müqayisədə 10,5% artıb. Kredit kartlarının sayında isə əksinə, 4,6% azalma müşahidə olunub.
Azərbaycanda bank kartlarının sayının artmasının əsas səbəbləri nələrdir? Kartların sayının artmasına bankların kampaniyaları və keşbek təklifləri təsir göstərirmi?
Mövzuyla bağlı Bizim.Media-ya danışan hüquqşünas Əkrəm Həsənov deyib ki, bank kartlarının sayının artması daha çox onunla bağlıdır ki, banklar müştəriləri cəlb edirlər.
Onun  sözlərinə görə, indi bir nəfərin bir neçə bankdan kartı var:
“Əvvəllər bir nəfər bir bankla işləyirdirsə, indi bir şəxs bir neçə bankla işləyir. Bu, bütövlükdə əməliyyatların sayının artmasından xəbər vermir, sadəcə, kart sayı artıb”.
Günay Şahmar, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью