“Niyə istifadəçi hələ də köhnə sürətlərə məhkumdur?” Tanınmış ekspert

17.07.2026

Icma.az bildirir, Yenisabah portalına istinadən.

“Ölkədə 1 Gbit/s sürəti dəstəkləyən infrastruktur artıq qurulub. Dövlət və özəl provayderlərin GPON şəbəkəsi 4 milyon təsərrüfatdan çoxu əhatə edir. Buna baxmayaraq, ölkədəki ~200 provayderdən yalnız 3-ü orta 150 Mbit/s-dən yuxarı sürət təqdim edir. Əksəriyyət hələ də 50–100 Mbit/s ilə kifayətlənir”.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İctimai Birliyinin sədri Elvin Abbasov öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, 1 Gbit/s-dən yuxarı paketə keçənlərin sayı son 2 ildə 22 dəfə artıb:

“İstehlakçı davranışı isə tam əks istiqamətdə gedir: hər 3 abunəçidən 2-si (1,5 milyon nəfər) artıq 100 Mbit/s–1 Gbit/s aralığında internetdən istifadə edir, 1 Gbit/s-dən yuxarı paketə keçənlərin sayı son 2 ildə 22 dəfə artıb. pizza

Sual sadədir: infrastruktur hazırdırsa, niyə istifadəçi hələ də köhnə sürətlərə məhkumdur?

Mənim təklifim:

Başlanğıc paket sürətini 2,5–3 dəfə artırmaq (100 Mbit/s əvəzinə 250–300 Mbit/s)

Mbit/s başına qiyməti ən azı 2 dəfə azaltmaq (25 qəpik əvəzinə 11–12 qəpik)”.

Nazim Hacıyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью