Niyə “Liverpul”? Ekitike açıqladı

30.09.2025

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Liverpul”un futbolçusu Uqo Ekitike “qırmızılar”ı seçmə səbəbini açıqlayıb.

Futbolpress.az xəbər verir ki, fransalı hücumçu bu barədə insayder Fabrizio Romanonun sorğusuna cavab olaraq bildirib. Yayda “Ayntraxt”dan “Liverpul”a keçən Ekitike bunları deyib:

“Nyukasl” və “Mançester Yunayted”ə də keçə bilərdim. Lakin “Liverpul” son çempiondur və böyük futbolçuları, tarixi var. Düşündüm ki, “Liverpul” mənim üçün daha yaxşı seçim olar”.

Ekitike komandada 8 oyunda 5 qol vurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью