Niyə Putin Trampı keçə biləcəyinə əmin deyil? | Icma.az
Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.
Rusiya prezidenti Vladimir Putinin hələ 2024 - cü ilin fevral ayında qarşıda ABŞ-da keçiriləcək prezident seçkilərində namizədlərdən Donald Trampı yox, Co Baydeni dəstəklədiyini bildirmişdi.
Əlbəttəki Putin bu gedişində psixaloji təsirlə siyasi nəticələrə hesab götürmüşdü.
O vaxt Vladimir Putinin niyə Co Baydeni dəstəklədiyinin səsəbləri barədə fikirlərimi də bölüşmüşdüm.(https://www.facebook.com/share/p/15UQskBC8z/).Donald Trampın növbəti dəfə ABŞ prezidenti seçilməsindən sonra, Rusiya prezidenti Vladimir Putininlə danışacağını, Rusiya - Ukrayna müharibəsini 24 saata dayandıracağına əminliyini bildirmişdi hərçənd ki, Donald Tramp səlahiyyətlərinə başlar-başlamaz 24 saat məsələsini 6 aya korrektə etdi.Donald Trampın Rusiyaya - Ukrayna müharibəsinin dayandırılması üçün konkret plan və təkliflər paketi olmasa da, Rusiya prezidenti Vladimir Putinin Donald Trampla danışıqlardan uduşlu çıxacağına əmin deyil.
Donald Trampın siyasi fəaliyyətində qeyri-ənənəvi, qeyri-adekvat və tamamilə gözlənilməz gedişləri Vladimir Putin üçün də müəyyən çətinliklər və əminsizlik yaradır.
Vladimir Putin Donald Trampın hansı gediş edəcəyini təxmin edə bilmir.
Məhz Donald Trampın Vladimir Putininə oxşarlığı da bundadı və Donald Trampın bu xüsusiyyəti onu Putin üçün çətin və "tanınmamış" siyasi fiqura çevirir.
Heç şübhəsiz ki, Vladimir Putinin qeyri-ənənəvi siyasi davranış və qərarları onun əldə etdiyi uğurların əsasında durur.
Tam oxu
Xəbəri oxu