Niyə şər deməsən xeyir gəlməz? Bədbinliyin faydalı TƏRƏFLƏRİ

04.02.2026

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bildiyimiz kimi, pessimizm həm fiziki, həm də zehni sağlamlığımız üçün zərərlidir. Araşdırmalar göstərir ki, bu, stressin, narahatlığın və depressiyanın artmasına səbəb olur və hətta ürək xəstəliklərinə, eləcə də ölüm hallarına səbəb ola bilər. Bu vəziyyəti aradan qaldırmaq üçün terapiya, özünüdərk və meditasiya kimi vasitələrdən istifadə edən çoxdur.
Lakin pessimist düşüncə çox vaxt insanın kökündə, mühitində yaranır.
Ölüm, ayrılıq, sevgisizlik, dəstək çatışmazlığı kimi əhəmiyyətli həyat stressləri də pessimist dünyagörüşü formalaşdıra bilər. Fiziki, emosional travma və ya istismar təcrübələri uzunmüddətli izlər buraxır. Hətta daimi rədd, məyusluq və ya qərəz tədricən bədbinliyi dərinləşdirir.
Əslində, bədbinlik çox vaxt reallığa əsaslanır. Həyatın mənfi aspektlərini görməzdən gəlmək, onların üzərində düşünməmək aldadıcı ola bilər. Həyatın çətinliklərini kiçiltsək, yalançı təhlükəsizlik hissi yarada və qarşıda duran problemlərə hazırlaşa bilmərik. Yəni insan neqativə köklənəndə “sağ qalma” ehtimalı daha yüksəkdir.
Elə atalarımız da “şər deməsən xeyir gəlməz” deyimini buna əsasən söyləyiblər.
Optimist insan gerçəklikdən o qədər uzaqdır ki, real riskləri görməzdən gəlir. Yəni buludların üstündə gəzir.
 

Amma mütəxəssislər bildirirlər ki, ən yaxşısı tarazlıqdır. Mənfi düşüncələrimiz üzərində sonsuz düşünməməliyik, eyni zamanda reallıqla əlaqəmizi də itirməməliyik.


Necə deyərlər: “Ən yaxşısına ümid et, ən pisinə plan qur”. Pessimizmdən məhsuldar şəkildə istifadə edərək nəyin səhv gedə biləcəyini düşünə və ehtiyat planlar yarada bilərik, eyni zamanda diqqətimizi ideal nəticəyə yönəldə bilərik.
Şəfiqə Şəfa, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью