Niyə smartfonu noutbukun yanına qoymaq olmaz? KONKRET

15.03.2025

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Tez-tez mobil telefonunuzu noutbukunuzun yanına qoyursunuz? Bunu bir daha etməyin!

KONKRET.az lent.az-a istinadən bildirir ki, smartfonu işləyən noutbukun yanına qoymaq düzgün deyil. Bu iki cihaz arasında ən azı 1 metr məsafə olmalıdır.

Niyə smartfonu noutbukun yanına qoymaq olmaz?

Smartfon həm siqnal qəbul edən, həm də ötürən bir cihazdır. Noutbuk isə daxili Wi-Fi adapteri və Bluetooth modulu olan bir cihazdır. Əgər mobil telefon işləyən noutbukun yanına qoyularsa, o zaman elektrik siqnallarında dalğalanma (interferensiya) baş verə bilər.

Bunun nəticələri

Telefonun batareyasının tez boşalması – siqnalların qarşılıqlı təsiri smartfonun enerji sərfiyyatını artırır.

Telefonun batareyasının erkən sıradan çıxması – davamlı yüksək enerji sərfiyyatı batareyanın ömrünü azaldır.

Siqnal kəsilmələri və əlaqə problemləri – interferensiya səbəbindən Wi-Fi və Bluetooth bağlantılarında problemlər yarana bilər.

Smartfonu hara qoymaq lazımdır?

Smartfonu noutbukdan ən azı 1 metr uzaqda saxlayın.

Ən yaxşısı – onu 2-3 metr məsafədə saxlamaqdır.

Bu qayda masaüstü (stasionar) kompüterlərə də aiddir.

Nəticə: Telefonun batareyasının ömrünü uzatmaq və siqnal problemlərindən qaçmaq üçün onu noutbuk və kompüterlərin yanına qoymamaq tövsiyə edilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью