Niyə soruşmurlar ki, Babək Məmmədzadə, Zeynal Usubov, Yadigar İsrafilov bu qədər pulu hara…
Icma.az bildirir, Mia.az saytına əsaslanaraq. Xəbər verdiyimiz kimi, üç sahibkarın 4 milyon manatını ələ keçirmə ittihamı ilə həbs edilən bi
Mia.az-ın məlumatına görə, uzun müddətdir Amerikada yaşayan müğənni Globalinfo.az-a açıqlamasında kürəkəni Nizami Alışanın həbsinə münasibət
“Çox qəribədir, niyə soruşmurlar ki, Babək Məmmədzadə, Zeynal Usubov, Yadigar İsrafilov bu qədər pulu haradan əldə ediblər?
Şər və böhtan atmaq asan bir işdir indiki vaxtda. Heç kim vicdan əzabı çəkmir.
Mən Elariz Məmmədoğlu neçə ildir məşhur müğənni statusundayam, amma bu qədər vəsaiti təsəvvür edə bilmirəm” deyə, ifaçı söyləyib.
Müğənni iddia edir ki, cinayət barəsində də ilk dəfə indi xəbərdar olub: “Bilmirəm, mən yaradıcı insan, incəsənət adamı olduğum üçün belə şeyləri məndən gizlədirlər.
Yalnız sizdən öyrəndim”. Qeyd edək ki, cinayətin üstünü Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi açıb.
İttihama görə, Nizami üç zərərçəkmişə valyuta alqı-satqısı ilə yaxşı gəlir vədi verib onların 4 milyon manatdan çox pulunu ələ keçirib.
Tam oxu
Xəbəri oxu