Niyə SSRİ dağılan kimi Qarabağda münaqişə başladı?

14.04.2025

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sovet İttifaqı respublikalarının xalqları mehriban yaşayırdı, lakin SSRİ dağılandan sonra millətlərarası münaqişələr başladı. Bu münaqişələr ittifaq dağılmamışdan əvvəl baş versəydi, Rusiya bunun qarşısını alardı.

Axar.az xəbər verir ki, bunu “Rossiya Seqodnya” media qrupunun və RT-nin baş redaktoru Marqarita Simonyan deyib.

“Hamı rusların idarəsində necə ahəngdar yaşayırdı. Birlikdə mehriban yaşadıq, əla yaşadıq. Sovet İttifaqı dağılan kimi nə başladı? Qarabağ münaqişəsi, Osetiya-İnquş münaqişəsi, tacik münaqişəsi, Gürcüstanda vətəndaş müharibəsi, Abxaziya münaqişəsi, Osetiya münaqişəsi, Dnestryanı bölgələr... Bu, sadəcə dəhşətdir. Ardıcıl qarşıdurmalardan başqa heç nə. Niyə? Rusların dövründə niyə bu baş vermədi? Çünki Ana Rusiya hamını sakitləşdirir, hamını yedizdirirdi. Və ümumiyyətlə, hamı normal yaşayırdı”, - o bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью