News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Yaşlandıqca yuxu keyfiyyəti dəyişir və bir çox yaşlı insan gecə boyunca tez-tez oyanmağa başlayır, gündüzlər isə yorğunluq hissi artır.
Bu problemi başa düşmək üçün bioloji və fizioloji səbəblərə nəzər salmaq lazımdır.News24.az xəbər verir ki, ilk növbədə yaşla bədənin bioloji saatı zəifləyir və yuxu sikli qısalır.
Yaşlılar daha yüngül yuxuda olurlar, dərin yuxu mərhələləri azalır, bu isə onların hər hansı bir kiçik səs və ya hərəkət nəticəsində yuxudan oyandıqları deməkdir.Bundan əlavə yaşlılar tez-tez fiziki və psixoloji sağlamlıq problemləri yaşayır.
Artrit, ürək xəstəlikləri və nəfəs alma çətinlikləri kimi xəstəliklər gecə yuxusunu pozur.
Həmçinin, depresiya və ya digər psixoloji vəziyyətlər də yuxusuzluğa səbəb olur.
Xroniki ağrılar və digər sağlamlıq problemləri isə yuxu keyfiyyətini azaldır.Yaşlıların bir çoxu müalicə məqsədilə dərman qəbul edir və bəzən bu dərmanlar yuxusuzluğa və yuxudan tez-tez oyanmağa səbəb olur.
Həmçinin, melatonin kimi yuxu hormonlarının səviyyəsinin yaşla azalması, yuxu keyfiyyətini mənfi təsir edir.Yuxu tərzindəki dəyişikliklər də bu problemləri artırır.