Niyyətim müharibələri bitirməkdir: Trampdan İLK BƏYANAT

06.11.2024

Icma.az, Publika.az portalına istinadən məlumat verir.

Respublikaçıların prezidentliyə namizədi Donald Tramp seçkilərdən sonra tərəfdarları qarşısında ilk çıxışında “müharibələrə son qoymaq” niyyətində olduğunu bildirib.

Publika.az xəbər verir ki, Tramp bunu Floridada çıxışı zamanı bildirib.

"Mənim niyyətim müharibələri başlamaq deyil, onları bitirməkdir" deyə Tramp vurğulayıb.

Xatırladaq ki, Donald Tramp tərəfdarları ilə görüşü zamanı prezident seçkilərində qalib gəldiyini bəyan etmişdi. O, prezidentlik yarışının nəticələri barədə danışarkən deyib ki, “bu, ABŞ tarixində indiyədək görünməmiş siyasi qələbədir”.

Adəm Abbaslı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью